Astarada evdə xeyli miqdarda narkotik aşkarlanıb

Astarada evdə xeyli miqdarda narkotik aşkarlanıb
# 25 iyul 2018 08:35 (UTC +04:00)

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini Fariz Məmmədov saxlanılarkən onun üzərindən 2 bükümdə ümumi çəkisi 30 qramdan artıq narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq F. Məmmədovun yaşadığı evə baxış keçirilərkən oradan 5 bükümdə ümumi çəkisi 6 kiloqram olan narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsindən cinayət işi başlanıb, araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR