Şirvanda 37 top mərmisi tapılıb

Şirvanda 37 top mərmisi tapılıb
# 21 dekabr 2016 08:27 (UTC +04:00)

Şirvanda xeyli sayda top mərmisi tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisində 37 ədəd (istismara yararsız) top mərmisi aşkarlanıb.

Mərmilər ANAMA-ya təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR