Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi müəyyənləşib

Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi müəyyənləşib
# 18 aprel 2017 15:53 (UTC +04:00)

Milli Məclisinin aprelin 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib.

APA-nın məlumatına görə, iclasın gündəliyinə 35 məsələ daxildir.

Bunlar Azərbaycanın Türkiyə ilə imzaladığı hərbi maliyyə əməkdaşlığı haqqında sazişin ratifikasiyası, o cümlədən Vergilər, İnzibati Xətalar, Cinayət, Mülki, Əmək, Mənzil məcəllələrinə, habelə "Yol hərəkəti" haqqında, "Dövlət qulluğu" haqqında, "Məhkəmələr və hakimlər" haqqında, "Müflisləşmə və iflas" haqqında, "Dövlət rüsumu" haqqında, "Dərman vasitələri" haqqında, "Valyuta tənzimi" haqqında və s. qanunlara dəyişikliklər layihələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR