İyun-avqust aylarında keçirilən qanvermə aksiyalarda 3030 nəfər iştirak edib

İyun-avqust aylarında keçirilən qanvermə aksiyalarda 3030 nəfər iştirak edib
# 01 sentyabr 2015 07:16 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda və regionlarda könüllü qanvermə aksiyaları keçirilir. Nazirlikdən APA-ya verilən məlumata görə, iyun–avqust aylarında keçirilən aksiyalarda ümumilikdə 3030 nəfər iştirak edib.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Səhiyyə Nazirliyindən bildiriblər ki, qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR