“Liverpul” böyük hesabla uduzaraq, Liqa Kuboku ilə vidalaşıb

“Liverpul” böyük hesabla uduzaraq, Liqa Kuboku ilə vidalaşıb
# 18 dekabr 2019 01:58 (UTC +04:00)

İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Günün yeganə matçında “Aston Villa” “Liverpul”u qəbul edib. Görüşdə Premyer Liqanın autsayderi darmadağınla qalib gəlib. 0:5 hesabı ilə uduzan “Liverpul” Liqa Kuboku ilə vidalaşıb. Onların məğlubiyyətində gənc heyətlə mübarizə aparması rol oynayıb. “Liverpul”un əsas heyəti klublararası dünya çempionatında iştirak üçün Qətərə yollanıb.

Qeyd edək ki, mərhələnin digər oyunlar dekabrın 18-də keçiriləcək.

İngiltərə Liqa Kuboku
1/4 final
“Aston Villa” – “Liverpul” – 5:0

Huriheyn, 14, Boys, 17 (avtoqol), Kodjia, 37, 45, Uesli, 90+2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR