ABŞ Konqresində Rusiyaya qarşı sanksiyalara dair məxfi brifinq keçirilib

ABŞ Konqresində Rusiyaya qarşı sanksiyalara dair məxfi brifinq keçirilib
# 30 yanvar 2018 03:45 (UTC +04:00)

ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə əlaqədar məxfi brifinq keçirilib.

APA-nın xəbərinə görə, bu barədə Senatın xarici işlər üzrə komitəsinin üzvü Ben Kardin özünün “Twitter” səhifəsində yazıb.

Görüşdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun müzakirə olunub.

Bundan əvvəl Dövlət Departamentinin rəsmisi bildirib ki, Rusiyaya qarşı tətbiq ediləcək yeni sanksiyalar bu ölkə ilə işgüzar əlaqədə olan digər ölkələrin şirkətlərinə toxuna bilər.

Qeyd edək ki, 2017-cı ilin iyulunda ABŞ Senatı Rusiya, İran və Şimalı Koreyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib. ABŞ prezidenti avqustun 1-də qanun layihəsini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR