Azərbaycan neft məhsullarının ixracından gəlirlərini azaldıb

Azərbaycan neft məhsullarının ixracından gəlirlərini azaldıb
# 15 yanvar 2018 09:57 (UTC +04:00)

2017-ci il ərzində Azərbaycan 339 mln. 159,34 min ABŞ dolları dəyərində 835 min 452,74 ton neft məhsulları ixrac edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2016-cı il ilə müqayisədə 705 min 894,8 ton və ya 45,8% azdır. Məbləğ baxımından isə illik nisbətdə 70 mln. 574,47 min dollar və ya 17,22% azdır.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycan xarici ölkələrə 409 mln. 733,81 min dollar dəyərində 1 mlrd. 541 min 347,54 ton neft məhsulu ixrac edilib.

Qeyd edək ki, 2017-ci ildə neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 2,46%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR