Bərdədə 3 otaqlı ev yanıb

Bərdədə 3 otaqlı ev yanıb
# 25 dekabr 2016 16:43 (UTC +04:00)

Bərdə rayonu, Soğanverdilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 93 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 56 m2 sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR