Şirvanda ev yanıb

Şirvanda ev yanıb
# 08 sentyabr 2015 12:03 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində yanğın hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri, Çilpaqlı qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Əlihüseyn qızına məxsus ümumi sahəsi 280 kvadratmetr olan, ikimərtəbəli, 6 otaqlı evin birinci mərtəbəsində 3 otağın, mətbəxin və dəhlizin yanar konstruksiyaları 140 kv.m sahədə, ikinci mərtəbədə bir otağın yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan Yanğından Mühafizə xidmətinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı Yanğına Nəzarət Xidməti araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR