İlin ilk yarısı Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan neft və qazın həcmi açıqlanıb

İlin ilk yarısı Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan neft və qazın həcmi açıqlanıb
# 16 iyul 2015 09:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 23,4 mln. ton neft nəql edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin 76,3%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 17,9 mln. ton neft ötürülüb.

Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından Bakı-Tbilisi-Ceyhan kəməri ilə 3,3 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

Bu ilin 6 ayı ərzində magistral qaz kəmərləri ilə 11,4 mlrd kubmetr qaz nəql edilib. Qazın nəqlinin 31,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3,6 mlrd. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR