ABŞ-da məktəb avtobusu qəzaya uğrayıb, ölənlər var - YENİLƏNİB

ABŞ-da məktəb avtobusu qəzaya uğrayıb, ölənlər var - <span style="color: red;">YENİLƏNİB
# 22 noyabr 2016 04:28 (UTC +04:00)

ABŞ-ın Çattanuqa şəhərində (Tennessi ştatı) məktəb avtobusunun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 12 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

Son məlumata əsasən, qəza nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər xəstəxanada ölüb. Avtobusda olan uşaqlardan ən böyüyü beşinci sinif şagirdləri olub. Qəzanın səbəbləri araşdırılır. Yerli polisin nümayəndəsi Fred Fletçerin sözlərinə görə, avtobus yol-nəqliyyat hadisəsinin yeganə iştirakçısı olub. Qəza ilə bağlı digər detallar açıqlanmır.

***

04:22

ABŞ-ın Çattanuqa şəhərində (Tennessi ştatı) ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, məktəb avtobusunun qəzaya uğraması nəticəsində, müxtəlif məlumatlara əsasən 12 nəfərədək adam ölüb. Xəstəxanalara 23 nəfərin çatdırıldığı bildirilir.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın təfərrüatları və səbəbləri barədə hələ ki, məlumat verilmir. Qeyd edək ki, bu, Tennessi ştatında bir həftə ərzində məktəb avtobusunun iştirakı ilə baş verən sayca üçüncü yol qəzasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR