Azərbaycan şirkəti Dağıstandan şüşə idxal edəcək

Azərbaycan şirkəti Dağıstandan şüşə idxal edəcək
# 08 noyabr 2016 07:16 (UTC +04:00)

Dağıstanın Kaspiysk şəhərinin şüşə zavodu Azərbaycana 5 mln. dollar dəyərində şüşə tədarük edəcək.

APA-Economics”in TASS agentliyinə istinadən məlumatına görə, bu barədə Dağıstanın Sənaye və Ticarət Nazirliyindən bildiriblər. Məhsulların tədarükü ilə bağlı niyyət sazişi Kaspiysk şüşə zavodu və Azərbaycanın “Glass Haus” şirkəti arasında imzalanıb.

Nazirlikdən bildiriblər ki, tərəflər müəssisəyə ilkin olaraq 5 mln. dollar dəyərində şüşə tədarükünün hazırlanması və sazişin hazırlanması ilə bağlı razılığa gəliblər. Saziş nazirliyin dəstəyi ilə imzalanıb”.

Qeyd edək ki, 2013-cü ilin oktyabr ayında fəaliyyətə başlayan şüşə zavodu tam istehsal gücü ilə işləyir və sutkada 600 ton şüşə istehsal edir. 2016-cı ildə “Kaspiysk Şüşə Zavodu” ASC 190 mindən artıq şüşə istehsal etməyi planlaşdırır ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə 13% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR