Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlara müraciət edib

 Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlara müraciət edib
# 11 may 2018 13:52 (UTC +04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sahibkarlara müraciət edib.

"APA-Economics"in məlumatına görə, Q. Təhməzli sahibkarlardan qida təhlükəsizliyi sahəsində qanunsuz əməllərlə rastlaşdıqda Agentliyinə müraciət etməyi xahiş edib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Agentliyin qarşısında qoyduğu tələblərdən biri də sahibkarın yanında olmaqdır: "Biz sahibkarla kömək etməliyik. Sahibkarın dostu olmalıyıq. Məqsədimiz onları məlumatlandırmaq, onların işinə kömək etməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR