“AtaSığorta” ötən ili mənfəətlə başa vurub

“AtaSığorta” ötən ili mənfəətlə başa vurub
# 10 mart 2017 06:27 (UTC +04:00)

“AtaSığorta” ASC 2016-cı il üçün maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, 2015-ci il ilə müqayisədə ötən il şirkətin cəmi aktivləri 550 min 431 manat və ya 1,74% artaraq 32 mln. 232 min 136 manat olub. Hesabat dövrünün sonuna şirkətin cəmi uzunmüddətli aktivləri 2 mln. 524 min 197 manat, cəmi qısamüddətli aktivləri isə 29 mln. 707 min 939 manat təşkil edib.

Ötən il “AtaSığorta”nın nizamnamə kapitalı dəyişməyərək 12 mln. 400 min manata çatıb. Hesabat dövründə şirkətin məcmu kapitalı 16 mln. 779 min 626 manat təşkil edib. Bu, 2015-ci ildəki göstəricidən 1 mln. 278 min 245 manat və ya 8,25% çoxdur.

2016-cı ildə şirkətin cəmi öhdəlikləri 727,814 min manat və ya 4,5% azalaraq 15 mln. 452 min 511 manata düşüb. Hazırda “AtaSığorta”nın cəmi uzunmüddətli öhdəlikləri 14 mln. 966 min 241 manat, cəmi qısamüddətli öhdəlikləri 486 min 269,98 manat təşkil edib.

Hesabat dövründə şirkətin gəlirləri 16 mln. 30 min 877 manat, xərcləri 14 mln. 279 min 926 manat olub. “AtaSığorta” 2016-cı ili 1 mln. 278 min 245 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR