Gürcüstanda APA-nın əməkdaşının müəllifi olduğu kitabın təqdimatı keçirilib - FOTOSESSİYA

Gürcüstanda APA-nın əməkdaşının müəllifi olduğu kitabın təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 25 iyun 2015 21:11 (UTC +04:00)

APA-nın məlumatına görə, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə ziyalılar, Rusiyadan, Bakıdan, Tiflisdən gələn qonaqlar, QHT təşkilatlarının nümayəndələri, məktəb müəllimləri və jurnalistlər iştirak ediblər.

Tədbiri AMM-in nəzdində nəşr olunan "Region Press" qəzetinin redaktoru Binnət Məmmədov açaraq "Çələbilər kitabının müəllifi, AYB-nin üzvü, şair-jurnalist Nizami Məmmədzadənin son illər nəşr olunan kitabları haqqında ətraflı məlumat verib. Sonra kitabın redaktoru, professor, filologiya üzrə fəlsəfə doktoru Mahmud Hacıxəlilov, AMM-in rəhbəri Fazil Həsənov, araşdırmaçı-jurnalist Mirzə Məmmədoğlu, yazıçı Əli Abbas və başqaları çıxış edərək "Çələbilər" kitabının Borçalı tarixinə həsr edildiyini və mövzunun müasir tələblərə cavab verdiyini, vaxtında yazıldığını və daha çox araşdırmağa ehtiyac duyulduğunu bildiriblər. Çıxışçılar son illər Borçalıda qəbirüstü abidələrin məhv olduğunu və tarixin keçmiş səhfələrinə qayğı lazım olduğunu, həmçinin tarixi mövzulara müraciət edib tariximizi yaşatmaq və onu gələcək nəsillərə ötürməyin vacibliyini vurğulayıblar.

Kitabın redaktoru, professor, filologiya üzrə fəlsəfə doktoru Mahmud Hacıxəlilov Borçalıda vaxtilə 50 azərbaycanlı kəndin xəritədən silindiyini bildirib: "Naməlum səbəblərdən bu kəndlər xəritədən silinib. Xaccaoğlu, Çələbilər, Şamalı, Bəyazid kəndləri buna misaldır, lakin biz çox sevinirik ki, bu kəndlərdən çıxan məşhur adamlar xəritədən silinən kənd adlarını hələ də yaşadırlar".

Tədqiqatçı-jurnalist Mirzə Məmmədoğlu müəllifin müraciət etdiyi mövzunun vacib olduğunu qeyd edib: "Borçalının tarixini gürcü mənbələri də təsdiq edir. Məsələn, Çələbilər kimi, həmin bölgədə Sınıq Körpü də var. Tarix faktı sevir. Tarixə yazıçı təxayyülü ilə yanaşmaq lazım deyil. Bu kitab faktlarla yazılan yaxşı başlanğıcdır" .

AMM-in rəhbəri Fazil Həsənov müəllifin tarixi əhəmiyyətli bir mövzuya toxunduğunu bildirib: "Bu kitabda qaldırılan tarixi məsələ gələcəkdə tarixçilərimizə mövzu verə bilər. Çələbilər kəndi İpək Yolunun üstündə yerləşib. Min illər bundan öncə Çindən və Şərq ölkələrindən gəlib-gedən tacirlər öz mallarını bu ərazidən keçiriblər. Məhz buna görə də müəllif ərazidəki Damğaçı düzünün adını kitabında çəkib və burada gömrük məntəqəsinin yerləşdiyini vurğulayıb".

Tədbirdə Rustavi şəhərindəki 18 nömrəli Azərbaycan orta məktəbinin sagirdləri müəllifin şeirlərini əzbər söyləyiblər. Təqdimat mərasimində Borçalı aşıqlarından Aşıq Nargilə və Aşıq Məsim şair-jurnalist Nizami Məmmədzadənin şeirlərini aşıq havaları üstündə oxuyublar.

Sonda müəllif tədbir iştirakçılarına təşəkkürünü bildirib və nəşr olunan "Çələbilər" kitabını oxuculara imzası ilə hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR