Elmar Məmmədyarov İsrail səfirini Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Elmar Məmmədyarov İsrail səfirini Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 29 iyul 2015 14:38 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin mətbuat ximdətindən APA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Səfir Rafael Harpaz diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, iki ölkə arasında dostluq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanla İsrail arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə səfirə təşəkkürünü bildirib, ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR