KİV: Pentaqon Ukraynaya silah tədarükünə dair plan hazırlayıb

KİV: Pentaqon Ukraynaya silah tədarükünə dair plan hazırlayıb
# 31 iyul 2017 23:58 (UTC +04:00)

Pentaqon və ABŞ Dövlət Departamenti Ukraynaya tank əleyhinə raket və digər silahların tədarükünə dair plan hazırlayıb.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.

Qəzet yazır ki, Ukraynaya müdafiə silahlarının verilməsi Rusiyanın bölgədə aqressiv hərəkətlərinin qarşının alınmasına yönəlib.

“Lakin Ağ Ev administrasiyası Pentaqon və Dövlət Departamentinin təklifi ilə bağlı hələ ki, qərar qəbul etməyib”, qəzet yazıb.

Qeyd edək ki, 2014-cü ilin əvvəlindən etibarən ABŞ Ukrayna ordusunun hazırlığı və maddi-texniki bazasının gücləndirilməsinə 600 milyon dollar ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR