İraqda törədilən iki partlayış nəticəsində 8 nəfər ölüb

İraqda törədilən iki partlayış nəticəsində 8 nəfər ölüb
# 11 dekabr 2016 21:07 (UTC +04:00)

İraqın Əl-Fəluca şəhərində bir-birinin ardınca iki partlayış baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, şəhərdə minalanmış avtomobillər partladılıb.

Partlayışlar nəticəsində 8 nəfərin öldüyü bildirilir. Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, dekabrın 11-də İraqın paytaxtı Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR