Tbilisidə Gürcüstan və Türkiyə XİN başçılarının görüşü keçirilib

Tbilisidə Gürcüstan və Türkiyə XİN başçılarının görüşü keçirilib
# 23 dekabr 2019 11:25 (UTC +04:00)

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü çərçivəsində Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ilə onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, əsas hissəsi mətbuata qapalı keçən görüşdə Gürcüstan XİN başçısı David Zalkaliani bildirib ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq əlaqələri strateji əhəmiyyət daşıyır və son illər bu əməkdaşlığın miqyası genişlənib.

Görüşdə ikitərəfli münasibətlər, regional məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR