ABŞ sərhədçiləri 4,2 ton kokain müsadirə ediblər

ABŞ sərhədçiləri 4,2 ton kokain müsadirə ediblər
# 28 fevral 2017 02:56 (UTC +04:00)

ABŞ-ın sərhəd xidməti Cənubi Amerika sahillərində 4,2 tonluq kokain partiyasını müsadirə edib.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, külli miqdarda narkotik maddə daşıyan gəmi Surinam yaxınlığında saxlanılıb.

Məlumata əsasən, müsadirə olunan narkotik maddənin “qara bazarda” qiyməti 125 milyon dollar təşkil edir. Qeyd olunur ki, müsadirə edilən kokain 1999-cu ildən aşkar edilən ən böyük narkotik maddə partiyasıdır. Gəminin göyərtəsində olan Qayana vətəndaşları saxlanılıb. Saxlanılanların şəxsiyyəti barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR