MM-in yaz sessiyasında qanunvericilik işlər planı qəbul edilib

MM-in yaz sessiyasında qanunvericilik işlər planı qəbul edilib
# 01 fevral 2018 10:22 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında yaz sessiyasının qanunverici işlər planı müzakirə olunub.

APA-nın məlumatına görə, qanunvericilik işlər planında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında", "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında", "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Konstitusiya qanunları, "Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında", "Daxili qoşunlar haqqında", "Ələt Azad İqtisadi Zonası haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Texniki təmizləmə haqqında", "Standartlaşma haqqında", "Hesablama Palatası haqqında", "Kabel şəbəkəsi yayımı haqqında", "Kinematoqrafiya haqqında", "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Turizm haqqında", "Psixoloji yardım haqqında", "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında", "Peşə təhsili haqqında" qanun layihələri daxil edilib.

Siyahıda həmçinin Azərbaycan prezidentinin, deputatların, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunverici təşəbbüs qaydasında təqdim etdiyi qanun layihələri var.

Siyahı səsə qoyularaq təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR