Noyabrda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 85 min müqaviləsi bağlanıb

Noyabrda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 85 min müqaviləsi bağlanıb
# 01 dekabr 2017 09:18 (UTC +04:00)

Cari ilin noyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 84898 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

İSB-dən "APA-Ecoonmics"ə verilən məlumata görə, bunlardan 13427 müqavilə xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub. Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 6 mln. 666,001 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 31% artım, sığorta haqlarının məbləğində isə 28% artım müşahidə edilib.

1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri elektron sənəd formasında bağlanılır.

Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR