Neftçalada silsilə oğurluq edən şəxs saxlanılıb

Neftçalada silsilə oğurluq edən şəxs saxlanılıb
# 29 yanvar 2018 20:48 (UTC +04:00)

Neftçalada mağazalardan silsilə oğurluq edən rayon sakini saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Qırmızıkənd kənd sakini Ayaz Ağayevə məxsus mağazadan naməlum şəxs və ya şəxslər tərəfindən seyfdən 150 manat nağd pul və 300 manat dəyərində danışıq kartları, 85 manatlıq siqaretlərin oğurlanması barədə Neftçala rayon polis şöbəsinə yazılı müraciət edib.

Həmçinin Nofəl Əlisəfa oğlu Məmmədov Neftçala polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan 300 manat dəyərində nağd pul, 100 manat dəyərində telefon danışıq kartları, həmçinin müxtəlif ərzaq məhsullarını və siqaret oğurlandığını, ümumilikdə 517 manat məbləğində ziyan dəydiyini qeyd edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin cinayət hadisələrini rayonun Qırmızıkənd kənd sakini, əvvəllər oğurluq üstündə məhkum olunmuş, 24 yaşlı İsa Nəcəfli törədib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. İ.Nəcəfli telefon kartlarının müəyyən hissəsini Bakı şəhərində satıb. İlkin istintaq zamanı İsa Nəcəflinin ötən ilin avqustunda Ayaz Ağayevin mağazasından 1200 manat pul oğurladığı da aşkar olunub. Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR