Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün təkrar elektron sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün təkrar elektron sınaq imtahanı keçiriləcək
# 30 may 2018 09:08 (UTC +04:00)

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin üçün növbəti sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 13 və 23 iyun tarixlərində keçiriləcək.


İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 13 və 23 iyun tarixlərində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçünhttp://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegComkeçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.


Sınaq imtahanında təkrar test tapşırıqlarından istifadə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR