Milli Məclisin 2016-cı ildə son iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin 2016-cı ildə son iclasının tarixi və gündəliyi açıqlanıb
# 22 dekabr 2016 07:57 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin 2016-cı ildə-payız sessiyasında son iclası dekabrın 30-da keçiriləcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 25 məsələ daxildir. Bunlar vergi ödəyicilərinin 2017-ci il yanvarın 1-ə qədər olan vergi borclarının ləğvi barədə layihə, İnzibati Xətalar, Mülki Prosessual, Şəhərsalma və Tikinti məcəllələrinə, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “İcra haqqında”, “Büdcə sistemi haqqında”, “Notariat haqqında” və sair qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik GÜnü ilə bağlı Milli Məclisin müraciətinin təsdiq edilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR