ABŞ-da hoteldə yanğın baş verib, 12 nəfər xəsarət alıb

ABŞ-da hoteldə yanğın baş verib, 12 nəfər xəsarət alıb
# 12 dekabr 2016 02:11 (UTC +04:00)

ABŞ-ın Miçiqan ştatında hoteldə yanğın baş verib.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Qrand-Rapids şəhəri yaxınlığında, dağ xizəyi kurortunda qeydə alınıb.

Yanğın nəticəsində 12 nəfər xəsarət alıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir. Hadisə zamanı hoteldə 113 nəfər olub. Yanğın nəticəsində binaya ciddi ziyan dəyib.

İnsidentin səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR