UNESCO-nun məşvərətçi qurumu Şəki Xan sarayını ümumdünya irsi hesab etməyib

UNESCO-nun məşvərətçi qurumu Şəki Xan sarayını ümumdünya irsi hesab etməyib
# 11 iyul 2017 11:01 (UTC +04:00)

Polşanın Krakov şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitə mühafizə olunan mədəni və təbii obyektlərin Ümumdünya İrs Siyahısına təqdim edilən nominasiyaları nəzərdən keçirib.

Azərbaycan tərəfindən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” sözügedən siyahıya təqdim edilib. Sessiya zamanı ölkəmiz tərəfindən təqdim edilən nominasiya da müzakirə olunub. Müzakirələr zamanı Komitəyə üzv ölkələr məşvərətçi qurum olan İKOMOS-un mövqeyi ilə razılaşmayaraq Şəkinin müvafiq kriteriyalar üzrə ümumdünya irsi hesab olunmağa layiq olduğunu bildiriblər.

UNESCO-nun Ümumdünya İrs Komitəsi tərəfindən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya faylı ilə bağlı “referral” qərarı verilib. Bu isə o deməkdir ki, obyektiv olaraq abidənin müstəsna universal dəyəri Komitə tərəfindən bu mərhələdə tanınır, mühafizə və digər məsələlərin həlli üçün Azərbaycan tərəfinə vaxt verilir.

Qeyd edək ki, hazırda İçərişəhər memarlıq kompleksi və Qobustan dövlət tarixi-bədii qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR