"SOCAR-Rus”: Birja və elektron ticarət platformaları ilə bağlı aktiv işləyirik

"SOCAR-Rus”: Birja və elektron ticarət platformaları ilə bağlı aktiv işləyirik
# 02 aprel 2018 13:08 (UTC +04:00)

"Azərbaycan kimya və neft-qaz sənayesi layihələrinə investorların cəlb edilməsində maraqlıdır".

APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın Rusiyadakı törəmə “SOCAR-Rus” şirkətinin baş direktoru Fərid Cəfərov “Biznes Rusiya” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2016-cı ilin iyun ayında şirkət Sankt-Peterburq Beynəlxalq Əmtəə Xammal Birjasında akkreditasiyadan keçib: “2017-ci ilin aprelində isə bu birjada təchizat nəzarətçisi statusuna layiq görülüb. Biz digər birja və elektron ticarət platformaları ilə bağlı da aktiv işləyirik”.

F. Cəfərov bildirib ki, hazırda Rusiyada yüngül karbohidrogenlərin bazar indikatorunun yaradılması məsələsi müzakirə olunur: "Bu, bizi maraqlandıra bilər. Dünya üzrə termoplastların istehlakı strukturunda polietilenin payı təxminən 40 faiz təşkil edir. Mütəxəssislərin proqnozlarına əsasən, 2023-cü ilə qədər yüksək təzyiqli polietilenin dünya bazarı gündəlik olaraq 4,5% artacaq. Qeyd edilir ki, həddindən artıq təklifin olmasına baxmayaraq, yüksək təzyiqli polietilen bazarında qiymətlərin aşağı düşməsi və ya artımı baş verir ki, bu da əmtəə qiymətlərinin dəyişkənliyi ilə izah olunur”.

“SOCAR-Rus”un baş direktoru qeyd edib ki, Azərbaycan şirkətinin analoji məhsullarını Rusiyada 4 müəssisə istehsal edir: “Xaricdə isə 158 belə müəssisə mövcuddur. Rusiya üçün nəzərdə tutulmuş həcmlər o qədər də böyük deyil və təxminən 1000 ton təşkil edir. Eyni zamanda, Azərbaycan məhsullarının mövcudluğu bazarın əlçatanlığını sübut edir, onu daha açıq edir. Yəni, bu bazarı daha rəqabətli edir ki, bu, son nəticədə istehlakçılar, həmçinin istehsalçılar üçün sərfəlidir. Bizim üçün əsas bazar Türkiyədir ki, orada da SOCAR-ın strukturuna daxil olan “Petkim” neft-kimya konserni yerləşir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR