KXDR rəsmiləri zirvə görüşünə hazırlıq məqsədi ilə Sinqapura səfər edib

KXDR rəsmiləri zirvə görüşünə hazırlıq məqsədi ilə Sinqapura səfər edib
# 29 may 2018 04:57 (UTC +04:00)

Şimali Koreyanın nümayəndə heyəti ABŞ-la qarşıdan gələn zirvə görüşünə hazırlıq məqsədilə Sinqapura səfər edib.

APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

Məlumata əsasən, eyni zamanda Vaşinqton rəsmiləri ABŞ Hərbi-Hava Qüvvələrinin Yaponiyadakı “İokata” bazasından Sinqapura yola düşüb.

Xatırladaq ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüşün keçiriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR