Venesuelada hərbçilər supermarketlərin qorunmasına cəlb edilib

Venesuelada hərbçilər supermarketlərin qorunmasına cəlb edilib
# 07 yanvar 2018 08:06 (UTC +04:00)

Venesuealada hərbçilər və polis əməkdaşları supermarketlərin girişini mühafizə edir.

APA-nın "Alman dalğası" radiosuna istinadən verdiyi məlumata görə, buna səbəb paytaxt Karakasdan 460 km cənubda yerləşən Kaykar şəhərində 20 mağazanın talan edilməsi və 48 nəfərin saxlanması, o cümlədən qeyri-rəsmi məlumatlara görə 2 nəfərin ölməsi olub.

Yanvarın 6-da şəhərlərdə, əsasən də Karakasda supermarketlərin mühafizəsinə hərbçilər və polis əməkdaşları cəlb edilib.

Qeyd edək ki, Venesuelada güclü inflyasiya və büdcədə xaricdən mal alınması üçün vəsait çatışmazlığı səbəbindən kəskin ərzaq qıtlığı müşahidə olunur. Vətəndaşların əməkhaqqı hətta əsas ərzaq məhsullarının alınmasına da yetmir. Hakimiyyət ölkənin 26 ən məşhur supermarket şəbəkəsinə bir sıra ərzaq məhsullarının qiymətinin aşağı salınması barədə tapşırıq verib. Bundan sonra mağazaların qarşısında uzun növbə yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR