Cəzaçəkmə müəssisəsində məhkumdan mobil telefon götürülüb

Cəzaçəkmə müəssisəsində məhkumdan mobil telefon götürülüb
# 11 noyabr 2013 09:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1983-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə təqsirli bilinərək 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cavadxan Hacımahama oğlu Hacıyevin üzərinə baxış keçirilib. Bu zaman alt paltarının içərisində gizlətdiyi daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR