İranın energetika naziri Ermənistanın energetika və təbii ehtiyatlar naziri ilə görüşüb

İranın energetika naziri Ermənistanın energetika və təbii ehtiyatlar naziri ilə görüşüb
# 22 noyabr 2013 12:43 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA-Economics. İranın energetika naziri Həmid Çitçyan İrəvanda Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyanla görüşüb.

APA-Economics”in “Armenia Today”ə istinadən xəbərinə görə, A.Movsisyan qeyd edib ki, İran və Ermənistan arasında siyasi problem yoxdur: “Bizim səylərimiz iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişafına və genişlənməsinə yönəlib”.

Öz növbəsində iranlı nazir dostluq əlaqələrinin potensialından tam istifadə olunmasının zəruriliyini vurğulayıb.

Görüşdə iki ölkənin energetikləri birgə layihələrlə bağlı bir sıra məsələləri müzakirə ediblər.

İran nümayəndə heyətinin Ermənistan prezidenti Serj Sarkisyanla da görüşü planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR