Bakıda 2-ci “Sağlamlıq Turizmi və İşbirliyi Günləri” adlı tədbir keçiriləcək

Bakıda 2-ci “Sağlamlıq Turizmi və İşbirliyi Günləri” adlı tədbir keçiriləcək
# 11 dekabr 2013 13:41 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bakıda 2-ci “Sağlamlıq Turizmi və İşbirliyi Günləri” adlı tədbir keçiriləcək. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, dekabrın 13-14-də baş tutacaq tədbirdə Türkiyənin səhiyyə və sağlamlıq turizmi sahəsində çalışan şirkətlər, təşkilatlar, xəstəxanalar və klinikalar təmsil olunacaq. Səfirliyin məlumatına görə, bu, iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün vacib bir tədbir sayılır.

Tədbirə qatılanlar eyni zamanda həkimlərə sağlamlıq barədə suallar ünvanlaya bilərlər.

Qeyd edək ki, tədbirə Türkiyənin Səhiyyə, İqtisadiyyat nazirlikləri, Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və ticarət müşavirliyi və TİKA tərəfindən təşkilati dəstək verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR