Azərbaycan Gürcüstan sərhədinədək dəmir yolunun əsaslı təmirini başa çatdırıb - FOTO

Azərbaycan Gürcüstan sərhədinədək dəmir yolunun əsaslı təmirini başa çatdırıb  - <span style="color: red;">FOTO
# 10 dekabr 2013 08:05 (UTC +04:00)

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bu gün Ağstafa-Poylu mənzilində 317-cü kilometrin əsaslı təmiri başa çatıb.

Dövlət Proqramının icrası çərçivəsində 317-ci kilometrin əsaslı təmiri prosesini «Azərbaycan Dəmir Yolları» QSC «Dəmiryolservis» MMC-nin baş direktou Əli Əşrəf Lütfəlibəyov və müvafiq qurumların rəhbərləri izləyiblər.

Qeyd edək ki, əsaslı təmir işlərini «Dəmiryolservis»in müəssisələri həyata keçirib. Dövlət Proqrammının icrası çərçivəsində əsaslı təmir işlərinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilib. Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR