ADP İdarə Heyətinin toplantısı keçirilib

ADP İdarə Heyətinin toplantısı keçirilib
# 10 dekabr 2012 14:20 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda MDB-yə daxil olan ölkələr arasında iqtisadi inteqrasiya, valyuta inteqrasiyası və vahid Gömrük İttifaqına dair məsələlərin müzakirə olunduğu, MDB-nin 4 dekabrda Aşqabadda keçirilən sammiti müzakirə olunub və bu proses “SSRİ-nin bərpası” planı kimi dəyərləndirilib.

İclasda “21 Azər” hərəkatı kimi tarixə düşən Seyid Cəfər Pişəvərinin başçılığı ilə 12 dekabr 1945-ci ildə, Təbriz şəhərində Azərbaycan Milli Hökumətinin qurulması hadisəsi də müzakirə obyekti olub. Partiya hökuməti BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi səlahiyyətlərindən istifadə edərək, Cənubi Azərbaycandakı soydaşlarımızın pozulan fundamental haqları ilə bağlı müzakirələrin aparılmasına səy göstərməyə çağırıb.

Yığıncaqda ölkədəki ictimai-siyasi vəziyyət, seçki mühiti məsələləri də müzakirə mövzusu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR