Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb
# 21 dekabr 2012 08:58 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2012-ci il dekabr ayının 1-nə mənfi 6,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks noyabrın əvvəlində mənfi 15,2%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. Göründüyü kimi, indeksin artmasına baxmayaraq, o mənfi zonada qalıb. İndeksin mənfi olması isə anbarlarda mal ehtiyatlarının azalmasını göstərir.

Qeyd edək ki, Azərbaycanda 2012-ci il dekabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 274,7 mln. manat həcmində hazır məhsul ehtiyatı olub, bu isə noyabrın 1-nə nisbətən 20,3 mln. manat azdır.

Sənaye mal ehtiyatlarının azalması istehsalın azalması və ya istehlakın artması ilə əlaqədar ola bilər. Statistikaya əsasən, mədənçıxarma və emal sənayesi üzrə istehsalın həcmi noyabrda oktyabrla müqayisədə 278,7 mln. manat azalıb ki, bu azalma ehtiyatların azalmasından qat-qat çoxdur. Bu səbəbdən də ehtiyatların azalmasını ilk növbədə istehlakın artması ilə əlaqələndirmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR