Rektor: «Ali məktəblər hər il tələbə qəbulu üçün təqdim etdiyi qəbul planından imtina etməlidir»

Rektor: «Ali məktəblər hər il tələbə qəbulu üçün təqdim etdiyi qəbul planından imtina etməlidir»
# 24 noyabr 2012 12:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycandakı ali məktəblər hər il tələbə qəbulu üçün təqdim etdiyi qəbul planından imtina etməlidir. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 20 illik yubileyinə həsr olunan tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib. O bildirib ki, bunun əvəzində ali təhsil ocaqları orta məktəblərdə gedən prosesləri izləmələri və yekun buraxılış imtahanlarındakı nəticələrini araşdırmalıdır.

Rektorun sözlərinə görə, ali məktəblər ən azından IX siniflərdə olan imtahanın nəticələrini bilməlidir ki, gələcəkdə onları hansı nəticələrin gözlədiyini bilsinlər: «Bu ildən orta məktəblərdəki buraxılış imtahanları vahid sistemlə keçirilib. Yəni, onların hər ikisini Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təşkil edib. Komissiya tərəfindən imtahan nəticələri ilə bağlı konkret rəqəmlər və statistik göstəricilər təqdim edilir. Ali məktəblər də bu analitik materialları götürərək gələcək işi və fəaliyyətini müəyyənləşdirməlidir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR