Azərbaycanda 337 hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunması barədə qərar qəbul edilib

Azərbaycanda 337 hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunması barədə qərar qəbul edilib
# 24 dekabr 2012 15:44 (UTC +04:00)

Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov dövlət başçısının Fərmanı ilə komissiya qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışaraq bildirib ki, artıq müvafiq meyarlara uyğun olan və Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunmasına başlanılıb. Komissiyanın qəbul etdiyi qərarlarda müvafiq meyarlara cavab verməklə döyüş bölgəsində xidmət etmiş və döyüşlərdə yaralanmış hərbçilər ilk növbədə nəzərə alınır.

İclasda Müdafiə Nazirliyi tərəfindən komissiyaya təqdim edilən Silahlı Qüvvələrdə 20 təqvim ili tamam olmuş və qüsursuz xidmət etmiş hərbi qulluqçuların yeni siyahısına baxılıb. Mənzil almağa namizəd olan hərbi qulluqçuların siyahısı üzrə dəqiqləşdirilmələr aparılaraq 337 nəfər hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunmasına dair qərar qəbul edilib.

Bununla da, indiyədək Komissiya tərəfindən 411 nəfər hərbi qulluqçunun Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif regionlarında mənzillə təmin olunması ilə bağlı qərarlar qəbul edilib. Müvafiq mənzillər 50 hərbi qulluqçunun mülkiyyətinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR