Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 04 dekabr 2012 13:25 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Bakının Nəsimi rayonu ərazisində Cəlil Məmmədquluzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən Asif Məhərrəmov küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti bu gündən dayandırılacaq.

V. Əsədov, həmçinin bildirib ki, yol metro tikintisi ilə əlaqədar olaraq qeyri-müəyyən vaxta qədər bağlı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR