Mərkəzi Klinik Xəstəxanada oğurluq hadisəsi baş verib

Mərkəzi Klinik Xəstəxanada oğurluq hadisəsi baş verib
# 27 noyabr 2012 11:04 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Mərkəzi Klinik Xəstəxanada oğurluq hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də Mərkəzi Klinik Xəstəxanada, orada xadimə işləyən Aytən Əzizovanın 211 manat pulunu və qızıl əşyalarını oğurlayan Bakı şəhər sakini Emin Salamov tutulub. Onun əvvəllər də məhkum olunduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR