Qulu Novruzov: “Azərbaycanda bütün insanların keyfiyyətli təhsilə cəlb olunmasında müəyyən çətinliklər mövcuddur”

Qulu Novruzov: “Azərbaycanda bütün insanların keyfiyyətli təhsilə cəlb olunmasında müəyyən çətinliklər mövcuddur”
# 10 dekabr 2012 10:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Bu gün Azərbaycanda bütün insanların, xüsusilə həssas qrupdan olan uşaqların keyfiyyətli təhsillə təmin olunmasında müəyyən çətinliklər mövcuddur”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov deyib. O bildirib ki, bu problemlərin aradan qaldırılması üçün 2003-cü ildən Dünya Bankı ilə müəyyən işlər həyata keçirilir: “İstənilən bir sahədə olduğu kimi, təhsil sahəsində də yaxşı nəticənin əldə olunması üçün səmərəli işlər aparılmalıdır. Ölkədə yaxşı təhsil sisteminin qurulması, hər bir vətəndaşın keyfiyyətli təhsilə çıxışının əldə edilməsi istiqamətində görülən işlər davam etdirilməlidir”.


Nazir müavini qeyd edib ki, ölkə təhsilində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm işlər görülür: “Müəyyən İKT bacarıqlar olmadan bütün sahələrdə olduğu kimi, təhsildə də inkişafa nail olmaq mümkün deyil. Əgər 2005-ci ildə Azərbaycanda təqribən hər 1000 nəfər 1 kompüter düşürdüsə, indi bu rəqəm 1:20-dir. 1200 məktəb sürətli internet şəbəkəsinə qoşulub və orada elektron resurslardan istifadəsi təmin olunub. Son illər ölkə təhsilində tətbiq edilən kurrikulum sistemi də Azərbaycan təhsilində yeni bir yanaşma idi. Aparılan ilkin araşdırmalar bunun təhsilin inkişafına yüksəl təsir göstərdiyini sübut edir. Yaxın 4-5 il ərzində bu yeni sistemin daha böyük nailiyyətlərini görmək mümkün olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR