Kür çayının səviyyəsində artım müşahidə olunub

Kür çayının səviyyəsində artım müşahidə olunub
# 21 dekabr 2012 09:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Lənkəran-Astara bölgəsində temperatur rejiminin yüksəlməsi və yağan yağışlarla əlaqədar dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində ərazidən axan çaylarda sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, Lənkərançay-Lənkəranda suyun səviyyəsində 15 sm, Lənkərançay-Sifidorda 11 sm, Vəşərüçay-Daştatükdə 20 sm artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-190, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında 120-290, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Dekabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım qeydə alınıb. Bu gün Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Dekabrın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm, Şirvanda 4 sm, Salyan və Bankədə 3 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 1 sm azalma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR