Mahmud Kərimov: “AMEA üçün “Mənzil proqramı” qəbul olunmalıdır”

Mahmud Kərimov: “AMEA üçün “Mənzil proqramı” qəbul olunmalıdır”
# 14 dekabr 2012 09:01 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında AMEA prezidenti Mahmud Kərimov deyib.

Onun sözlərinə görə, hazırda evsiz alimlər üçün tikiləcək binanın layihələndirmə işləri aparılır. Bina AMEA-nın Yasamal rayonunda aspirantlar üçün olan yataqxanasının yerləşdiyi ərazidə olacaq: “Hazırda bu yataqxanada 118 ailə yaşayır. Tikiləcək bina 118 nəfər üçün nəzərdə tutulub, müqavilə də bu qədər adamı mənzillə təmin etmək üçün bağlanıb”.

AMEA-nın ümumilikdə mənzilə ehtiyacı olan alimlərinin sayının bundan çox olduğunu deyən M. Kərimov bildirib ki, evsiz alimlərin sayını daha dəqiq araşdırmaq üçün komissiya yaradılacaq: “AMEA-nın yataqxanasında məskunlaşan 118 ailə arasında artıq Akademiyada işləməyənlər də var. Hətta eşitdiyimə görə, bəziləri oradan çıxaraq öz mənzillərini kirayəyə verirlər. Komissiya yaradılacaq və bu məsələlərin hamısı araşdırılacaq. Kimlərə mənzil verilməlidisə, ilk növbədə onlara veriləcək. Nəinki gənc alimlərin içərisində, AMEA-nın hətta yaşlı alimləri arasında da mənzilə ehtiyacı olanlar çoxdur. Ağır iş olsa da, bölgünü ədalətli və obyektiv aparmağa çalışağıq”.

M. Kərimov deyib ki, AMEA üçün “Mənzil proqramı” qəbul olunmalıdır: “Mən bu təkliflə çıxış edəcəyəm. Belə bir proqram qəbul olunsa və AMEA ildə dövlətdən bu məqsədlə heç olmasa 1 milyon manat ala bilsə, həmin vəsaitə 15-20 mənzil ala bilərik. Bununla da, AMEA alimlərinin mənzil problemini tədricən həll etmək olar. Artıq Rusiya Elmlər Akademiyasında da belə bir proqram qəbul olunub. 1 milyon manat Azərbaycanın iqtisadi inkişafı üçün böyük məbləğ deyil. Amma bunu effekti çox yüksək ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR