“Azpromo” Belarusun bir sıra iqtisadi qurumları ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

“Azpromo” Belarusun bir sıra iqtisadi qurumları ilə əməkdaşlıq haqqında memorandum imzalayıb
# 20 dekabr 2012 10:39 (UTC +04:00)

Bakı – APA-Economics. Minsk şəhərində «Azərbaycan: inkişaf və tərəqqi yolunda» tədbiri çərçivəsində Belarus-Azərbaycan biznes forumu keçirilib.

APA-Economics”in “BELTA”-ya istinadən xəbərinə görə, tərəflər investisiya sahəsində əməkdaşlığı dərinləşdirmək haqqında razılığa gəliblər və bir sıra memorandumlar imzalayıblar.

Forumda çıxış edən Belarus iqtisadiyyat nazirinin müavini Anton Kudasov qeyd edib ki, 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd. dollar təşkil edib.

Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov isə deyib ki, Belarus və Azərbaycan arasındakı iqtisadi potensial ikitərəfli münasibətlərin inkişafı üçün əlverişli şərait yaradır.

Forumun sonunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə Belarusun Milli İnvestisiya və Özəlləşdirmə Agentliyi, Ticarət-Sənaye Palatası, Milli Marktinq və Qiymətlərin Konyunkturası Mərkəzi və Respublika Texnologiyaların Transferi Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR