Respublika Seysmoloji Xidmət Mərkəzi: İranda baş vermiş zəlzələ Azərbaycanın həmsərhəd rayonlarında hiss olunub

Respublika Seysmoloji Xidmət Mərkəzi: İranda baş vermiş zəlzələ Azərbaycanın həmsərhəd rayonlarında hiss olunub
# 24 dekabr 2012 06:28 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi İranda baş vermiş zəlzələ haqqında məlumat yayıb. Mərkəzdən APA-ya verilən məlumata görə, dekabrın 23-ü yerli vaxtla saat 10.38-də İran İslam Respublikasında, Naxçıvandan 82 km cənub-qərbdə, Təbrizdən 126 km şimal-qərbdə zəlzələ qeydə alınıb.

Zəlzələ Azərbaycanın Ordubad, Naxçıvan, Culfa və İranla həmsərhəd cənub rayonlarında 3.0-2.0 bala yaxın hiss olunub.

Tikililərdə dağıntı və insan itkisi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR