Azər Maqsudov: “Bu il dəm qazından müraciət edənlərin sayı azalıb”

Azər Maqsudov: “Bu il dəm qazından müraciət edənlərin sayı azalıb”
# 13 noyabr 2012 11:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA “Payız mövsümü başlayandan dəm qazından zəhərlənmə ilə müraciət edənlərin sayı artıb”. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. A. Maqsudov bildirib ki, cari ilin noyabr ərzində dəm qazından zəhərlənmə ilə bağlı 6 nəfər müraciət edib. Onun sözlərinə görə, müraciətlər əsasən, Günəşli qəsəbəsindən, Xırdalan şəhərindən, Abşeron və Nərimanov rayonlarından daxil olub: “Onların vəziyyətini yüngül və orta-ağır kimi qiymətləndirmək olar. Artıq ilkin tibbi yardım göstərdikdən sonra müraciət edənlər evə buraxılıb”.

A.Maqsudov indiki vəziyyəti ötən ilin analoji dövriyyəsi ilə müqayisə edib. Onun fikrincə, keçən illə müqayisədə bu il müraciətlərin sayı daha azdır: “Çünki ötən ilin oktyabr-noyabr ayında soyuqlar daha tez düşmüşdə, hətta qar yağırdı. Bütün bunlar da müraciətlərin artmasına səbəb olmuşdu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR