Elşad İsgəndərov: “Ərəb baharı”nı yaradan səbəblər daha da artacaq

Elşad İsgəndərov: “Ərəb baharı”nı yaradan səbəblər daha da artacaq
# 22 noyabr 2012 14:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İslam Konfransı Təşkilatına üzv ölkələrin gəncləri Qərb ölkələrinin və Hindistan kimi qeyri-Qərb ölkələrinin gənclərindən nisbətən geri qalır.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov Türkiyədə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iclasında qəbul edilmiş “İKT-yə üzv ölkələrdə gəncliyin vəziyyəti - 2011” adlı hesabatı Türkiyə mətbuatına şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu ölkələrin texnologiyanı satın alacaq iqtisadi gücləri var, ancaq lazımi mədəniyyətləri formalaşmayıb: “Müsəlman ölkələrində təhsil ortalama təhsil göstəricisindən geridədir. Məsələn, Misirin bəzi yerlərində 1 nəfərlik siniflər var”.

E.İsgəndərov qeyd edib ki, “ərəb baharı”nın baş verməsi ilə bu ölkələrdə heç də problemlər bitməyib: “Növbəti 20 il ərzində Yaxın Şərqdə və Şimali Afrikada 100 milyon insan işçi bazarına girəcək. İqtisadi göstəricilərə görə bunların yalnız 25 milyonuna iş imkanları yaranacaq. Qalanı isə işsiz və sosial problemlərə düçar olmuş insanlar olacaq. “Ərəb baharı”nı yaradan səbəblər daha da artacaq. Tez bir zamanda müəyyən tədbirlər görülməlidir ki, gəncliyin yolu açılsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR