Zaqatalada yük maşını ilə piyadanı vurub qaçan sürücü həbs olunub

Zaqatalada yük maşını ilə piyadanı vurub qaçan sürücü həbs olunub
# 18 dekabr 2012 06:59 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatala rayonunda yük maşını ilə piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub. APA-nın yerli bürosunun məlumatına görə, dekabrın 8-də axşam saatlarında Zaqatala rayonunun Danaçı kəndinin daxili yollarının birində üzərində zorakılıq əlamətləri olan, 1968-ci il təvəllüdlü Sabirabad rayon sakini Aqil Həsənovun meyiti tapılıb. İlkin araşdırma zamanı onun avtomobillə vurulduğu müəyyən edilib. Zaqatala rayon Polis Şöbəsinin və Zaqatala rayon Prokurorluğunun əməkdaşlarının keçirdikləri axtarış-əməliyyat tədbirləri zamanı məlum olub ki, Aqil Həsənovu rayonun Danaçı kənd sakini Yunus Hatayev idarə etdiyi “Zil” markalı, 62 BQ 309 dövlət nömrə nişanlı yük maşını ilə vuraraq hadisə yerindən qaçıb. Keçirilmiş tədbir nəticəsində Yunus Hatayev ötən gün tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR