Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 26 dekabr 2012 06:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,39 dollar və ya 0,4% artaraq 1 barelə görə 89,00 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, dekabrın 25-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,50 dollar və ya 0,5% artaraq 109,30 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR