Almaniyanın Azərbaycandakı səfirliyinin Viza və konsulluq şöbəsi 10 gün bağlı olacaq

Almaniyanın Azərbaycandakı səfirliyinin Viza və konsulluq şöbəsi 10 gün bağlı olacaq
# 20 dekabr 2012 08:41 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin Viza və konsulluq şöbəsi 2012-ci il dekabrın 24-dən 2013-cü il yanvarın 4-nə qədər bağlı olacaq.

Səfirlikdən APA-ya verilən məlumata görə, Almaniyaya səfər etmək istəyən ərizəçilərdən vaxtında, planlaşdırılan səfərdən ən az 3 (qışda) və 6 həftə (yay) əvvəl www.baku.diplo.de səhifəsində online görüş təyin etmək xahiş olunur. Şengen vizaları bir qayda olaraq təyin olunmuş vaxtdan sonra bir iş günü ərzində verilir.

Vizaya sənəd vermək üçün bütün zəruri məlumatlar səfirliyinin internet səhifəsində (www.baku.diplo.de) Azərbaycan və rus dillərində asanlıqla başa düşülən şəkildə yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR